Braziliyada son 14 ilin ən böyük meşə yanğını tüğyan edir

13:36, 12.10.2024

Braziliyada son 14 ilin ən böyük meşə yanğını tüğyan edir.

Fəlakət 220 min kvadrat kilometrdən çox ərazini əhatə edib. Yanğın nəticəsində məhv olmuş ərazinin yarısı Amazon tropik meşələrindədir, burada iyundan oktyabr ayına qədər olan quraq mövsüm yanğının yayılmasına kömək edir.

Üstəlik, builki quraqlıq mövsümü iqlim dəyişikliyinə görə daha sərt keçib. Mütəxəssislərin fikrincə, meşə örtüyünün kəsilməsi iqlim dəyişikliyinə ciddi mənfi töhfə verir.

Oxşar