Braziliyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 56 nəfər həlak oldu, 70-dən çox insan itkin düşüb
Braziliyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 56 nəfər həlak oldu, 70-dən çox insan itkin düşüb

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 56 nəfər həlak oldu, 70-dən çox insan itkin düşüb.

Təbii fəlakət ölkənin cənubundakı Rio Grande do Sul bölgəsində baş verdi. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bol yağıntı və güclü külək səbəbindən 25 mindən çox insan təxliyə edilməli oldu.

Daşqınlar Uruqvay və Argentina sərhədinə yaxın yerləşən ştatın 497 şəhərinə ziyan vurdu. Bir neçə bölgədə yollar və körpülər dağılıb. Bol yağıntı sürüşmə proseslərinə səbəb olub. Şəhərlərin birində elektrik stansiyasının bəndi uçub. Rio Grande do Sul ştatının paytaxtı Porto Aleqri də su altında qalıb. Hava limanının fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.

Təbii fəlakət nəticəsində ölənlərin sayının artacağı ehtimal edilir. Sinoptiklər bölgədə yenə yağış yağacağını proqnozlaşdırırlar, buna görə də hakimiyyət vətəndaşları təhlükəli zonalarda yerləşən yaşayış məntəqələrini tərk etməyə çağırır.