Braziliyada koronavirusa görə, 7.8 milyon nəfər iş yerini itirdi.
Bu barədə məlumatı CNN Braziliyanın statistika xidmətinin məlumatına istinadən yazır.
Statistika xidmətinin məlumatına görə, son dörd ay ərzində, işini 7.8 milyon nəfər itirdi, onlardan 5.8 milyonu qeyri-rəsmi şəkildə işləyirdi.
Hazırda Braziliyada işlə təmin edilmə səviyyəsi 49.5 fazi təşkil edir.
Braziliya covid-19 virusunun yayılması ilə dünyada ikinci yerdədir.
Con Hopkins Universitetinin göstəricilərinə görə, ölkədə infeksiyaya yoluxma hallarının sayı 1 402 041-ə çatıb, həlak olanların sayı isə, 60 000-dir.