Braziliya prezidenti bəyan edir ki, "Böyük Yeddiliyin" ölkələri tərəfindən təklif edilən yardımı, ancaq Emanuel Makronun üzr istəməsindən sonra qəbul edəcək
Braziliya prezidenti Jair Bolsonaro bəyan edir ki, “Böyük Yeddiliyin” ölkələri tərəfindən təklif edilən yardımı, ancaq Fransa prezidenti Emanuel Makronun ondan üzr istəməsindən sonra qəbul edəcək.
“İlk növbədə Makron məndən üzr istəməlidir. O üzr istəyənə qədər isə, Fransadan yardım almağı düşünmürük” – dedi Bolsonaro.
“Böyük yeddiliyin” sammitinin başa çatmasından sonra, Fransa prezidenti Emanuel Makron bəyan etdi ki, yeddiliyin üzvü olan ölkələr Amazon tropik meşələrində baş yerən yanğınla mübarizə üçün 22 milyon dollar ayırmağa hazırdılar.
Braziliya iqtidarı yeddiliyin yardımından imtina etdi.
Braziliya prezidenti bəyan edir ki, Fransa onlarla koloniya kimi rəftar edir. O hesab edir ki, belə bir rəftarla Braziliyanın suverenliyi təhlükə altındadır.