Bratislavada Robert Fitzoya qarşı keçirilən etiraz aksiyasına minlərlə insan toplaşıb
Bratislavada Robert Fitzoya qarşı keçirilən etiraz aksiyasına minlərlə insan toplaşıb

Slovakiyanın paytaxtı küçələrə çıxan minlərlə insan etiraz aksiyası keçirib. “Reuters”in yazdığı kimi, mitinq iştirakçıları baş nazir Robert Fitsonu rusiyapərəst olmaqda ittiham edirlər.

“Slovakiya Avropadır, biz Rusiya deyilik”. – mitinq iştirakçılarından biri “Reuters” agentliyinə müsahibəsində bildirib.

Mitinq iştirakçıları dövlət bayraqları ilə yanaşı Avropa İttifaqının bayraqlarını da tutaraq “Rusiya bəsdir” şüarları səsləndiriblər. Mitinq iştirakçılarının sözlərinə görə, bir neçə həftə əvvəl Robert Fitsonun Moskvaya səfəri onları xüsusilə qıcıqlandırıb.

Təşkilatçıların məlumatına görə, aksiyada 15 min insan iştirak edib.