Braian Uitmor - Abxazlar və osetinlər sonunda qərar verməli olacaqlar, Rusiyanın bir əyaləti mi olmaq istəyirlər, yoxsa Avropa Gürcüstanında mı yaşamaq istəyirlər
Braian Uitmor - Abxazlar və osetinlər sonunda qərar verməli olacaqlar, Rusiyanın bir əyaləti mi olmaq istəyirlər, yoxsa Avropa Gürcüstanında mı yaşamaq istəyirlər

Abxazlar və osetinlər sonunda qərar verməli olacaqlar, Rusiyanın bir əyaləti mi olmaq istəyirlər, yoxsa Avropa Gürcüstanında mı yaşamaq istəyirlər, – bu barədə bəyanatı, Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Avropa siyasətinin Analiz Mərkəzinin baş tədqiqatçısı Braian Uitmor, American Enterprise Institute-da Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüş zamanı verdi.

Onun dəyərləndirməsinə görə, Gürcüstan iqtidarının “Daha yaxşı gələcəyə doğru addım” adlı sülh təşəbbüsü çox əhəmiyyətli bir addımdır, çünki Gürcüstanı Sxinvali və Abxaziya regionları üçün daha cazib göstərir.

“Bu addımla münaqişə tənzimlənmyə doğru gedir və abxazlar və osetinlər bir gün mütləq qərar verməli olacaqlar, Rusiyanın əyaləti mi olmaq istəyirlər, yoxsa Avropa Gürcüstanında mı yaşamaq istəyirlər. Düşünürəm ki, bu sualın cavabı da aydındır” – dedi Braian Uitmor.