"Böyük Yeddiliyin" səfirləri Ukrayna hadisələrinə əks səda verirlər
“Böyük Yeddiliyi” ölkələrinin səfirləri Ukraynadakı hadisələr barədə məlumat yayırlar.
“Bilirik ki, cənab Saakaşvilini yaxaladılar və etiraz aksiyaları keçirilir. Hadisələri diqqətlə izləyirik. Hamını Ukrayna konstitusiyasına və hüquqi qaydalarına hörmət etməyə və dəstəkləməyə, istənilən təxribat cəhdindən tərəddüd etməyə çağırırıq. Həmçinin gözləyirik ki, istənilən istintaq sürətləşdirilmiş qaydada və Ukrayna hüquqi öhdəliklərinin nəzərə alınması ilə həyata keçiriləcək”, – İtaliya səfirliyi veb səhifəsində yayılan məlumatda qeyd edilib.
İtaliya bu il “Böyük Yeddiliyin” sədr ölkəsidir. İtaliyadan başqa “Böyük Yeddiliyin” üzvləri Kanada, Fransa, Almaniya, Yaponiya, Birləşmiş Krallıq və ABŞ-dır.