"Böyük Yeddilik" - Rusiyanı nüvə sınaqlarına moratoriumun tətbiqini davam etdirməyə çağırırıq
"Böyük Yeddilik" - Rusiyanı nüvə sınaqlarına moratoriumun tətbiqini davam etdirməyə çağırırıq

“Böyük Yeddilik” ölkələri Rusiyaya nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edir.

İtaliyada keçirilən sammitdən sonra verilən bəyanatda qeyd olunduğu kimi, liderlər “məsuliyyətsiz nüvə ritorikası və Rusiyanın hərəkətləri, habelə Ukrayna qüvvələrinə qarşı kimyəvi maddələrin istifadəsi ilə bağlı xəbərlərdən” dərin narahat olduqlarını bildiriblər.

“Biz bir daha vurğulayırıq ki, Rusiya tərəfindən kimyəvi, bioloji, radioloji və ya nüvə silahlarından istənilən istifadə ciddi nəticələrə gətirib çıxaracaq”, – bəyanatda deyilir.

Sənəd Rusiyanın keçən il çıxdığı Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinə G7-nin dəstəyini bir daha təsdiqləyir.

“Biz Rusiyanı nüvə sınaqlarına moratoriuma riayət etməyə davam etməyə və sazişin ratifikasiyasını təzələməyə çağırırıq. Biz həmçinin Şimali Koreyanı daha heç bir nüvə sınağı keçirməməyə, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini imzalamağa və ratifikasiya etməyə çağırırıq”, – bəyanatda deyilir.