"Böyük Yeddilik" ölkələrinin liderləri Qəzzada atəşkəs planını dəstəkləyiblər
"Böyük Yeddilik" ölkələrinin liderləri Qəzzada atəşkəs planını dəstəkləyiblər

 
“Böyük Yeddilik” ölkələrinin liderləri Qəzzada atəşkəs planını dəstəkləyiblər.

Bəyanatda, Amerikanın Prezidenti Co Baydenin təqdim etdiyi planın girovların azad edilməsi, fələstinlilərə humanitar yardımın artırılması, eləcə də İsrailin təhlükəsizlik maraqlarını və Qəzza əhalisinin maraqlarını nəzərə alaraq böhrana birdəfəlik son qoyulması ilə nəticələnəcəyi qeyd olunub.

“HƏMAS”ı İsrailin həyata keçirməyə hazır olduğu bu təklifi qəbul etməyə çağırırıq. Biz həmçinin, “HƏMAS” üzərində təsiri olan ölkələri bunu həyata keçirmək üçün onlara kömək etməyə çağırırıq”- bəyanatda deyilir.