"Böyük Yeddilik" ölkələri Rusiyaya Ukraynaya tacavüzü təqdirində, gözlənilən ağır nəticələr barəsində xəbərdarlıq verdilər və danışıqlara çağırdılar
"Böyük Yeddilik" ölkələri Rusiyaya Ukraynaya tacavüzü təqdirində, gözlənilən ağır nəticələr barəsində xəbərdarlıq verdilər və danışıqlara çağırdılar

“Böyük Yeddilik” ölkələri Rusiya-Ukrayna böhranının qarşısını almaq üçün vahid mövqedə razılığa gəldilər.

Məlumatı “Reuters” agentliyi yayır.

Böyük Britaniyanın Liverpul şəhərində Rusiya-Ukrayna böhranını müzakirə etmək üçün “Böyük Yeddilik” üzv ölkələri və Avropa İttifaqı Xarici İşlər nazirlərinin görüşü keçirildi.

Tərəflər Rusiyaya Ukraynaya tacavüzü təqdirində, gözlənilən ağır nəticələr barəsində xəbərdarlıq verdilər və danışıqlar masasına çağırdılar.

Böyük Britaniyanın Xarici İşlər katibi, Liz Trasın bəyanatına görə, düşmən tərəflərin artan aqressiyasından qorunmaq, azadlıq və demokratiyanın sərhədlərini məhdudlaşdırmağa çalışan təcavüzkarlara qarşı birləşmək lazımdır.

“Reuters” agentliyinin yazdığına görə, ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi bildirib ki, Rusiya ilə gərginliyi azaltmaq üçün hələ də diplomatik yol var və Moskva bu yolla getməsə, bunun nəticələri çox ağır olacaq.

Almaniya Xarici İşlər naziri, Analena Berbokun sözlərinə görə, tərəflərin dialoqa qayıtmasını təmin etmək üçün bütün tədbirləri görmək lazımdır.

Bununla yanaşı, ABŞ Dövlət Departamenti bu gün bəyan etdi ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, Karen Donfrid 13-15 dekabrda Rusiya və Ukraynaya səfər edəcək.