“Böyük yeddilik” liderləri dizel yanacağı ehtiyatlarının sərbəst buraxılması barədə razılığa gəliblər

19:09, 02.10.2026

Fransa Prezidenti Emmanuel Makron G7 liderlərinin dizel qiymətlərini aşağı salmaq üçün “koordinasiyalı şəkildə” işləmək barədə razılığa gəldiklərini bəyan edib.

“İstehsalı daha çevik etmək qərarına gəldik ki, neft emalı zavodlarımızı maksimum güclə işlədə bilək; tərəfdaşlarımızla birlikdə, Beynəlxalq Enerji Agentliyinin koordinasiyası ilə dörd ay ərzində strateji ehtiyatlarımızdan 100 milyon barrelə qədər sərbəst buraxaq, həmçinin tərəfdaş ölkələr arasında enerji və neft məhsullarının mübadiləsini məhdudlaşdıracaq tədbirlər görməyək”, – Makron sosial şəbəkədə yazıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp da yazıb.

“Avropa indicə böyük dizel yanacağı ehtiyatının sərbəst buraxılması barədə razılığa gəlib, proses dərhal başlayacaq, bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm, – Donald Tramp sosial şəbəkədə yazıb.

Məlumat üçün bildirək ki, bundan əvvəl “Reuters” agentliyi daha əvvəl ABŞ Prezidenti Donald Tramp administrasiyasının Almaniya və Fransanı dünya bazarında yanacaq qiymətlərinin aşağı düşməsinə kömək etmək məqsədilə fövqəladə hallar üçün yaradılmış dizel ehtiyatlarından yanacağı istifadəyə verməyə çağırdığını bildirib.

Oxşar