Böyük yeddilik liderləri Əfqanıstan məsələsi ilə əlaqədar təcili toplantı keçirəcəklər
Böyük yeddilik liderləri Əfqanıstan məsələsi ilə əlaqədar təcili toplantı keçirəcəklər

Böyük yeddilik liderləri Əfqanıstan məsələsi ilə əlaqədar təcili toplantı keçirəcəklər. Danışıqlar 24 avqustda onlayn olaraq keçiriləcək.

Bu barədə məlumatı İngiltərənin Baş naziri Boris Conson Twitter səhifəsində yayıb.

“Beynəlxalq ictimaiyyətin Əfqanıstandan təhlükəsiz bir şəkildə təxliyə edilməsini təmin etmək, humanitar böhrandan qaçmaq və Əfqanıstan xalqına son 20 ilin nailiyyətlərini möhkəmləndirməkdə dəstək olmaq üçün birlikdə çalışması çox vacibdir”, – Conson yazır.

Böyük Britaniya hazırda Yeddilik Qrupuna sədrlik edir.