Böyük miqdarda narkotik maddələrini saxlamaq suçu ilə Zuqdididə, Afon monastrının keşişi həbs edildi
Daxili İşlər Nazirliyinin Zuqdidi Polis İdarəsinin əməkdaşları Afon monastrının keşişini həbs etdilər.
İstintaq həbs edilən din xadimini böyük miqdarda narkotik maddələrini saxlamaqla ittiham edir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, qeyd olunan məsələ ilə bağlı, eyni ittihamla, yenə iki nəfər həbs edilib.
Həbs edilən din xadiminin vəkilinin verdiyi məlumata görə, həbs edilən şəxs suçunu etiraf edib.