Böyük İyirmilik ölkələrinin liderləri Əfqanıstanla bağlı virtual sammit keçirdi
Böyük İyirmilik ölkələrinin liderləri Əfqanıstanla bağlı virtual sammit keçirdi. Liderlər Əfqanıstanın iqtisadi fəlakətdən qaçmasına kömək etmək barədə razılığa gəliblər. Məlumatı “Reuters” yayıb.
Toplantıda ABŞ, Hindistan və AB üzv ölkələrinin liderləri iştirak ediblər. Rusiya və Çinin birinci şəxsləri Böyük İyirmilik virtual sammitində iştirak etmədilər.
“Bu, Əfqanıstan böhranına çoxtərəfli cavab idi. Multilateralizm geri qayıdır, çətinliklər ilə olsa da geri qayıdır, – dedi İtaliyanın baş naziri Mario Draq.
Amerika Birləşmiş Ştatları Prezidenti hesab edir ki, Talibana birbaşa yardım göstərilməməli və müstəqil beynəlxalq təşkilatlar vasitəsilə ölkəyə kömək etməlidir.