Böyük Britaniyanın Gürcüstandakı səfiri Mark Kleyton Gürcüstanın katolikos-patriarxı II İlia ilə görüşüb.
Mark Kleyton “Twitter” səhifəsində görüşdə kraliça II Elizabetin xidmətlərindən, B.Britaniya-Gürcüstan arasında sıx əlaqələr və Rusiyanın Ukraynaya təcavüzünün fəsadlı nəticələrindən danışdıqlarını yazır.
“Ümumi Gürcüstanın katolikos-patriarxı, II İlia ilə görüşməyimə şadam. Görüşdə biz Əlahəzrət Kraliça II Elizabetin xidmətlərindən, Böyük Britaniya və Gürcüstan arasında sıx əlaqələri və Rusiyanın Ukraynaya təcavüzünün fəsadlı nəticələrini müzakirə etdik” -deyə Mark Kleyton yazır.