Böyük Britaniyanın parlamentini seçkiqabağı buraxıblar
Böyük Britaniyanın parlamentini seçkiqabağı buraxıblar

 
Böyük Britaniyanın parlamentini seçkiqabağı buraxıblar. Məlumatı “Deutsche Welle” yayır.

Britaniya qanunvericiliyinə əsasən, ölkənin fəaliyyətdə olan parlamenti ümumi seçkilərə 25 iş günü qalmış fəaliyyətini dayandırmalıdır. Bu, İcmalar Palatasındakı 650 yerin hamısının vakant olması deməkdir. İyulun 4-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra yeni çağırış parlamenti iyulun 9-da fəaliyyətini bərpa edəcək, bu zaman deputatlar spikeri seçəcək və and içəcəklər.

İlkin sorğulara əsasən, son 14 ildir müxalifətdə olan və hazırda Kir Starmerin rəhbərlik etdiyi Leyborist partiyasının reytinqi yüksəlib. Böyük Britaniyada seçkilər majoritar sistemlə keçirilir. 326 mandatın əldə edilməsinə nail olan partiya parlament çoxluğunu yarada biləcək.