Böyük Britaniyanın NATO-dakı səfiri - Gürcüstanın NATO-ya üzv olmasını səbirsizliklə gözləyirik, o vaxta qədər Gürcüstan və NATO arasında daha əməli əməkdaşlıq istəyirik
Böyük Britaniyanın NATO-dakı səfiri - Gürcüstanın NATO-ya üzv olmasını səbirsizliklə gözləyirik, o vaxta qədər Gürcüstan və NATO arasında daha əməli əməkdaşlıq istəyirik

 

Gürcüstanın gələcəkdə NATO üzvü və müttəfiqi olmasını səbirsizliklə gözləyirik. O vaxta qədər Gürcüstan və NATO arasında daha əməli əməkdaşlıq istəyirik -bu barədə Birləşmiş Krallığın NATO-dakı səfiri Devid Kuere açıqlayıb.

O, hazırda dünyada çox mürəkkəb təhlükəsizlik mühiti olduğunu və Gürcüstanla NATO arasında tərəfdaşlığın yaxın illərdə daha da vacib olacağını bildirib.

“Britaniya Aİ-nin üzvü deyil və prosesdə iştirak etmir, lakin biz hər yerdə olduğu kimi Gürcüstanda da demokratiya və vətəndaş cəmiyyətini güclü şəkildə dəstəkləyirik. Güclü vətəndaş cəmiyyəti istənilən demokratiyanın vacib hissəsidir. Bütün cəmiyyətlərin islahatlara ehtiyacı var və NATO-ya üzvlük üçün islahatların həyata keçirilməsi vacibdir. Məhz bu baxımdan Gürcüstana səfərimiz zamanı Gürcüstanın NATO-ya üzv ola bilməsi üçün daha da necə sıx işləmək barədə danışırıq”- deyə Devid Kuer açıqlayıb.