Böyük Britaniyanın dövlət naziri – Gürcüstan parlamentini vetonu aşmamağa və bu qanunu geri götürməyə çağırıram

19:20, 19.05.2024

Birləşmiş Krallıq prezident Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyma qərarını dəstəkləyir, – bu barədə Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nüsrət Qani sosial şəbəkədə yazır.

“Bu qanun Gürcüstan əhalisinin Avro-Atlantik istəklərinə ziddir. Mən Gürcüstan parlamentini vetonu aşmamağa və bu qanunu geri götürməyə çağırıram”, – deyə Nüsrət Qani X-də yazır.

Oxşar