Böyük Britaniyanın baş naziri Almaniyaya səfər edib
Böyük Britaniyanın baş naziri Almaniyaya səfər edib

Böyük Britaniyanın baş naziri Key Starmer Almaniyaya səfər edib.

Məlumatı “Deutsche Welle” yayıb.

Medianın yazdığı kimi, bu, Starmerin bu vəzifəyə təyin olunduqdan sonra ilk ikitərəfli səfəridir.

Səfər çərçivəsində Starmer Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Almaniya kansleri Olaf Şolz ilə görüşəcək.

Medianın məlumatına görə, səfərin məqsədi iqtisadi əlaqələri gücləndirmək, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməkdir.

Böyük Britaniya hökuməti səfərdən əvvəl Almaniya ilə əlaqələrin gücləndirilməsinin qeyri-qanuni miqrasiya ilə mübarizə və iqtisadi inkişafın təşviqi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.