Böyük Britaniyadan sonra, Rusiyaya qarşı sərt tədbirləri Fransa da planlaşdırır
Böyük Britaniyadan sonra, Rusiyaya qarşı sərt tədbirləri Fransa da həyata keçirməyi planlaşdırır.
Ölkə prezidenti yaxın günlərdə sabiq ikili agent Sergey Skripalinin zəhərlənməsi ilə bağlı Rusiyaya qarşı sərt tədbirlər görməyi planlaşdırır.
Bu barədə məlumatı Reuters agentliyi yayır.
Britaniyanın baş naziri Tereza Mey dünən bəyan etdi ki, son 24 saat ABŞ prezidenti Donald Tramp, Almaniyanın kansleri Anqela Merkel və Fransa prezidenti Emanuel Makron ilə fəal əlaqədə idi.
Onun dediyinə görə, Britaniya Rusiya ilə hər səviyyədə əlaqələri pozur.
Qeyd olunan qərar Solsberi şəhərində zəhərlənərək, öldürülən sabiq kəşfiyyatçı Sergey Skripaliyə görə verildi. Böyük Britaniya Skripalinin ölümü ilə bağlı Rusiya iqtidarını sorumlu tutur.