Böyük Britaniyada koronavirusdan həlak olan həkimlərin ailələrinə 60 min girvanka sterlinq veriləcək
Böyük Britaniyada koronavirusdan həlak olan həkimlərin ailələrinə ölkə iqtidarı 60 min girvanka sterlinq (75 min dollar) məbləğində kompensasiya verəcək.
Reuters agentliyinin yaydığı məlumata görə, bu barədə bəyanatı Britaniyanın Səhiyyə Naziri Met Henkok gündəlik brifinqində verib.
Britaniyada koronavirusdan həlak olanların sayı 21 mindən artıqdır.
Ölənlər arasında 98 tibb işçisi var.