Böyük Britaniyada Fələstinə dəstək aksiyasında Oksford Universitetinin 10-a qədər tələbəsini saxlayıblar

 
Böyük Britaniyada Fələstinə dəstək aksiyasında Oksford Universitetinin 10-a qədər tələbəsini saxlayıblar. Bu haqda məlumatı “Reuters” agentliyi yayır.

“Oxford Action for Palestine Group”un bəyanatına əsasən, tələbələr ABŞ-ın kampuslarında olduğu kimi universitet administrasiyası yaxınlığında aksiyaya başladıqdan sonra universitet rəhbərliyi polis çağırıb :

“Administrasiyanın İsrailin Qəzzada soyqırımı ehtimalı ilə üzləşməkdənsə, öz tələbələrini saxlamağı, susdurmağı və onlara qarşı fiziki təhqiri üstün tutduğu aydındır”.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın bir neçə iştirakçısını saxladıqdan sonra polis əməkdaşları ilə tələbələr arasında sözlü qarşıdurma baş verib. Aksiya iştirakçıları “buraxın” şüarları səsləndiriblər.

Oksford Universitetində dinc ifadə azadlığı formasına hörmət etdiklərini deyiblər.

Universitet tərəfindən İsrail ordusu ilə əlaqəsi olan şirkətlərlə əməkdaşlıqdan imtina edilməsi nümayişçilərin tələbləri arasındadır.