Böyük Britaniyada benzinin qiyməti rekord həddə çatıb

19:26, 25.10.2021

Böyük Britaniyada benzinin qiyməti rekord həddə çatıb. BBC -nin verdiyi məlumata görə, hazırda ölkədə bir litr benzinin qiyməti 142.94 pensdir ki, bu da ölkə tarixində benzin üçün ən yüksək qiymətdir. Sonuncu dəfə benzinin qiyməti bu həddə 2012 -ci ildə çatıb.

İngiltərədə orta ölçülü bir ailə avtomobilinin çənini doldurmaq sürücüyə keçən ilə nisbətən 15 funt baha başa gəlir. Ekspertlərin fikrincə, benzinin qiymətinin artması qismən neftin qiymətinin iki dəfə artması ilə bağlıdır.

Benzinin bahalaşması həm də yanacağın topdan satışı ilə məşğul olan şirkətlərin payının artması ilə bağlı olub. Bu şirkətlər pandemiyadan sonra gəlirlərini bərpa etməyə çalışırdılar.

Oxşar