Böyük Britaniya səfiri - gürcü xalqı müstəqillik, firavanlıq üçün var gücü ilə mübarizə aparırdı, 9 Apreldə Gürcüstanın azadlığı uğrunda özlərini qurban verənləri yad edirik
Gürcü xalqı müstəqillik, suverenlik və firavanlıq üçün var gücü ilə mübarizə aparırdı, – bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfiri, Mark Kleyton “tvitter” sosial şəbəkəsində 9 Aprel hadisələri ilə bağlı yazır.
“Gürcü xalqı müstəqillik, suverenlik və firavanlıq üçün var gücü ilə mübarizə aparırdı. 9 Apreldə Gürcüstanın azadlığı uğrunda özlərini 1989-cu ildə qurban verənləri yad edirik”, – Mark Kleyton qeyd edir.
9 Aprel faciəsindən 33 il keçdi. 1989-cu il aprelin 9-da səhər açılarkən, Sovet silahlı qüvvələri Tbilisinin mərkəzində, Parlament binası yaxınlığında dinc etiraz aksiyasını dagıtdı, nəticədə insan tələfatı oldu. Dağıtma nəticəsində 21 insan həlak oldu, yüzlərcə insan isə, müəyyən edilməmiş tərkibli qaz ilə zəhərləndi. Az sonra, 1991-ci il aprelin 9-da Ali Şura Gürcüstan Dövlət Müstəqilliyinin bərpasını elan etdi.