Böyük Britaniya da Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edir
Rusiya Mərkəzi Bankına Avropa İttifaqından sonra Böyük Britaniya da sanksiyalar tətbiq edir.
“Bu addım ABŞ və Avropa İttifaqı ilə birlikdə Rusiya mərkəzi bankının valyuta ehtiyatlarından istifadə etməsinə mane olmaq üçün atılır”, – deyə hökumətin saytında yerləşdirilən bəyanatda deyilir.
“Bizim sanksiyalar paketimiz, Böyük Britaniyanın indiyə qədər Rusiyaya qarşı tətbiq etdiyi ən sərt iqtisadi tədbirlər Vladimir Putin və Rusiya üçün dağıdıcı nəticələrə səbəb olacaq.