Böyük Britaniya, Almaniya və Fransa İranla yeni müqavilənin imzalanmasını planlaşdırırlar
Böyük Britaniya, Almaniya və Fransa İranla yeni müqavilənin imzalanmasını planlaşdırırlar

Böyük Britaniya, Almaniya və Fransa İranla yeni müqavilənin imzalanmasını istisna etmirlər. Bu barədə, Böyük Britaniyanın baş nazirinin yaydığı komukedə deyilir.

Sənəddə 2015-ci ildə İran ilə imzalnan müqavilənin əhəmiyyəti xusisilə qeyd olunub, lakin eyni zamanda deyilir ki, onun yaxşıladırılması mümkündür.

“Biz ABŞ ilə işləməyi davam etdirməyə hazırıq ki, İran ilə bağlı problemləri həll edək”, – Böyük Britaniya, Almaniya və Fransa liderlərinin birgə bəyanatında deyilir.

Xatırladaq ki, İran ilə nüvə razılaşması 2015-ci ildə imzalandı. ABŞ prezidenti müqavilənin yenidən baxılmasını tələb edir. Əks təqdirdə ABŞ-ın müqavilədən çıxması ilə hədələyir.