Bosniya və Hertseqovinada prezident və parlament seçkiləri keçirilir
Bosniya və Hertseqovinada seçkilər başlayıb. 3,4 milyon seçici səs vermək hüququna malikdir.
4 oktyabr seçkilərində ümumilikdə 518 vəzifəli şəxs seçiləcək. Onların arasında üçüzvlük prezidentlikdə bosniyalı, xorvat və serb üzvlər də var. Həmçinin dövlət səviyyəli Parlament Assambleyasının üzvləri seçiləcək.
Ölkə miqyasında seçki məntəqələri səhər saat 07:00-da açılıb və səsvermə proseduru axşam saat 19:00-da başa çatacaq.
Məlumat üçün bildirək ki, bu günkü seçkilər ilk dəfə olaraq ölkə miqyasında yeni səsvermə texnologiyasından istifadə etməklə keçiriləcək. Medianın məlumatına görə, yeni sistem çərçivəsində seçicilərin identifikasiyası, bülletenlərin sayılması və nəticələrin elan edilməsi sadələşəcək.
Bosniya və Hetrseqovinanın Mərkəzi Seçki Komissiyası 75 siyasi partiyaya, 29 koalisiyaya və dörd müstəqil namizədə seçkilərdə iştirak etmək hüququ verib. Medianın məlumatına görə, Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini seçki məntəqələri bağlandıqdan bir saat sonra, axşam saat 19:00-da dərc edəcək.