Bosniya və Herseqovinada baş verən təbii fəlakət nəticəsində 16 nəfər ölüb
Bosniya və Herseqovinada baş verən təbii fəlakət nəticəsində 16 nəfər ölüb. Bu barədə Deutsche Welle məlumat yayıb.
Medianın məlumatına görə, ölənlərin əksəriyyəti dağlıq Yablanitsa bölgəsindədir.
Ölkədə baş verən sel və torpaq sürüşmələri son 24 saat ərzində yağan güclü yağışın nəticəsidir. Hakimiyyət qurbanların sayının arta biləcəyini bildirir.