Bosniya-Hersoqovinada məktəbdə atışma nəticəsində azı 3 nəfər həlak olub
Bosniya-Hersoqovinada məktəbdə atışma nəticəsində azı 3 nəfər həlak olub

Bosniya-Hersoqovinada məktəbdə atışma nəticəsində azı 3 nəfər həlak olub. Hadisə Sanski Most şəhərində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Yerli medianın məlumatına görə, atışma hücum edən şəxslə məktəb rəhbərliyi arasında mübahisə nəticəsində baş verib.

Həmin şəxs məktəb işçilərinə atəş açıb, bundan sonra intihara cəhd edib, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ölənlər məktəbin dekanı, katibi və müəllimidir.

Hazırda Bosniya və Herseqovinada məktəblər yay tətili ilə əlaqədar bağlanıb.