Borcomidə, təbii fəlakət zonasında olan müdafiə qüvvələri şəxsi heyət və xüsusi texnika ilə yanğınsöndürmə işlərini davam etdirir [foto]
Gürcüstan Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda, Borcomidə, təbii fəlakət zonasında olan müdafiə qüvvələrinin şəxsi heyət və xüsusi texnika ilə yanğınsöndürmə işlərini davam etdirdiyi deyilir.
İdarədən verilən məlumatda, müdafiə qüvvələrinin meşə massivində baş verən yanğının söndürülməsində fəal iştirak etdiyi açıqlanır. Hərbçilər MTLB xüsusi -istənilən yerdə hərəkət edə bilən tirli yanğın-xilasetmə texnikasının, sudaşıyanlar və çox oxlu yanğınsöndürən maşınların köməyi ilə yanğını vaxtında lokallaşdırmağa çalışırlar.
İdarədən verilən məlumatda, bu vaxt üçün yanğınsöndürmə işlərini Ordunun Maddi-Texniki Təminat Komandanlığının, Şərq Komandanlığının I briqadasının və Mühəndis-döyüş batalyonunun Çevik Reaksiya Qrupunun Radiasiya, Kimyəvi və Bioloji Mühafizə yüzlüyünün şəxsi heyətinin həyata keçirdiyi bildirilir.
Gürcüstanın baş nazirinin göstərişi ilə Borcomi Munisipalitetində təbii fəlakətin aradan qaldırılması və yanğının qarşısının alınması tədbirlərinin effektiv həyata keçirilməsi məqsədilə prosesə Gürcüstanın Müdafiə Qüvvələri cəlb edilib.