"Borcomi" zavodunun əməkdaşları ikinci gündür etiraz aksiyası keçirirlər
"Borcomi" zavodunun əməkdaşları ikinci gündür etiraz aksiyası keçirirlər

“Borcomi” zavodunun əməkdaşları ikinci gündür zavodun qabağında etiraz aksiyası keçirirlər.

Şirkətin etiraz edən əməkdaşları maaşlarının artmasını, əlavə istirahət günlərini və əlavə iş saatlarının ödənilməsini tələb edirlər.

“Hər iki zavod dayandırılıb. Zavodun produksiyası iki gündür distribusiyaya çıxardılmayıb. İşlə təmin edənlər bizim tələblərimizi qəbul edənə qədər burada etiraz etməyə davam edəcəyik. Bildiyimiz qədəri ilə, xaricdə olan təsisçi ilə əlaqə saxlanacaq və ondan sonra qərar veriləcək. Bu proses üç aydır davam edir, ancaq razılaşa bilmirik”, –  deyir aqrar təsərrüfat, ticarət və sənaye professiyonal ittifaqının nümayəndəsi Giorgi Diasamidze.