Borcomi Munisipalitetinin Sakire kəndində qanunsuz olaraq taxta-şalban əldə edilməsi və daşınması faktı aşkar edilib
Borcomi Munisipalitetinin Sakire kəndində qanunsuz olaraq taxta-şalban əldə edilməsi və daşınması faktı aşkar edilib

 
Milli Meşə Agentliyinin Samtsxe-Cavaxeti Meşə Xidmətinin əməkdaşları tərəfindən Borcomi Munisipalitetinin Sakire kəndində qanunsuz olaraq taxta-şalban əldə edilməsi və daşınması faktı aşkar edilib.

Bu barədə Milli Meşə Agentliyi məlumat yayır.

Vətəndaşın qanunsuz olaraq beş kubmetrə qədər iynəyarpaqlı ağac materialı daşıdığına dair məlumat yayılıb. Faktla əlaqədar inzibati xəta haqqında protokol tərtib edilib. Nəqliyyat vasitəsi möhürlənib, qeyri-qanuni yolla əldə edilmiş taxta-şalban Axaltsixenin “işgüzar həyətinə” aparılıb.