Borcomi Munisipalitetində yanğınsöndürmə işlərinə müdafiə qüvvələri qoşulub
Borcomi Munisipalitetində yanğınsöndürmə işlərinə müdafiə qüvvələri qoşulub

 

Müdafiə qüvvələri Gürcüstanın baş nazirinin əmri ilə Borcomi Munisipalitetində təbii fəlakətin qarşısının alınması və yanğınsöndürmə tədbirlərinin effektiv həyata keçirilməsi prosesinə qoşulub.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayır.

Qurumdan verilən məlumatda, ordunun logistik təminatı komandanlığının MTLB xüsusi tirli yanğınsöndürmə texnikası, su tankerləri və çox oxlu yanğınsöndürən maşınları daxil olmaqla 31 ədəd xüsusi və hərəkət edən şəxsi nəqliyyat vasitəsinin hadisə yerinə səfərbər olunduğu deyilir.

“Şərq Komandanlığının 1-ci briqadasının hərbi qulluqçuları da yanğınsöndürmə işlərinə qoşulublar. Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze təbii fəlakət bölgəsində olub və mövcud vəziyyətlə yerindəcə tanış olub. Baş nazir İrakli Ğaribaşvilinin tapşırığına əsasən Samtsxe-Cavaxeti bölgəsində Borcomi Munisipalitetində baş vermiş yanğının söndürülməsi məqsədilə Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Regional İnkişaf və İnfrastruktur və Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı nazirliklərinin müvafiq xidmətlərinin əməkdaşları fasiləsiz şəkildə yanğınsöndürmə işlərində iştirak edirlər”-deyə məlumatda qeyd olunub.