Borcomi Munisipalitetində yanğının söndürülməsi işləri davam etdirilir [foto]
Borcomi Munisipalitetində yanğının söndürülməsi işləri davam etdirilir [foto]

 

Fövqəladə Halların İdarəedilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili, Borcomi Munisipalitetində 24 saatlıq rejimdə yanğının lokallaşdırılması və söndürülməsi işlərinin aparıldığını bildirir.

Temur Mğebrişvili yüksək temperatur və küləyin yanğının söndürülməsinə mane olduğunu qeyd edir.

“Yanğının lokallaşdırılması və söndürülməsi işləri 24 saatlıq rejimdə, fasiləsiz davam etdirilir. Şərti olaraq biz ərazini üç sektora bölmüşük. Bəzi sektorlarda söndürülmə işləri başa çatıb və bu mövqe qorunmaqdadır. Bəzi sektorlarda lokallaşdırma işləri aparılır, lakin yüksək temperatur səbəbilə qaynar nöqtələrimiz var. Üstəlik, bütün bunları külək təşviq edir. Hazırda yanğınsöndürənlərin və xilasedicilərin aktiv işlədiyi üç açıq yanğın ocağımız var. Keçmiş yanğın ocaqlarımız var və söndürülənləri qorumağa çalışırıq, yeniləri də var”- deyə Temur Mğebrişvili bildirib.