Borjomi-Bakuriani-Axalkalaki avtomobil yolunun hissələrindən birində nəqliyyatın hərəkəti qadağan edilib
Borjomi-Bakuriani-Axalkalaki avtomobil yolunun hissələrindən birində nəqliyyatın hərəkəti qadağan edilib

 

Gürcüstanın Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Borjomi-Bakuriani-Axalkalaki avtomobil yolunun hissələrindən birində nəqliyyatın hərəkəti qadağan edilib.

Onların məlumatında mürəkkəb meteoroloji şəraitlə əlaqədar Andezit-Ğadolar hissəsində nəqliyyatın hərəkətinin qadağan edildiyi deyilir.

“Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatında mürəkkəb meteoroloji şəraitlə əlaqədar daxili dövlət əhəmiyyətli Borjomi-Bakuriani-Axalkalaki avtomobil yolunun 31 km-62 km-dək (Andezit-Ğadolar) hissəsində, bütün növ avtonəqliyyat vasitələrinin hərəkətinin qadağan edildiyi deyilir” – bu barədə Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunur.