Boris Pistorius - Putin Ukraynaya qarşı müharibədə qalib gəlməməlidir
Boris Pistorius - Putin Ukraynaya qarşı müharibədə qalib gəlməməlidir

ABŞ-da səfərdə olan Almaniyanın müdafiə naziri Boris Pistoriusun bəyanatına görə, Ukrayna müharibəsində demokratik ölkələrin özlərini müdafiə etməyi bacarıb-bacarmaması məsələsi həll olunur.

Pistorius qeyd edir ki, Ukraynaya növbəti birgə dəstək vacibdir.

“Putin aqressiv müharibəsində uğur qazanmamalıdır. demokratiyaların özlərini müdafiə bacarıb-bacarmaması ilə bağlı məsələsi həll olunur. Bu, Avropa üçün mühüm strateji vəzifədir, Putinin müharibəsi dünya nizamı üçün ən böyük təhlükədir”, – Pistorium Nyu-Yorkda Amerika-Yəhudi Komitəsinin nümayəndələri qarşısında çıxışı zamanı bildirib.

Boris Pistorius mayın 9-da ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşəcək. Mayın 10-da isə o, Kanadaya yola düşəcək və orada kanadalı həmkarı Bill Bleyrlə görüş keçirəcək.