Boris Conson - Skripalın işi mənə Dostoevskinin "Suç və Cəza"-sını xatırladır
Birləşmiş Krallığın Xarici İşlər Naziri Rusiyanın sabiq kəşfiyyat ofiserinin zəhərlənmə hadisəsini Rus yazıçısı Fyodor Dostoyevskinin “Suç və Cəza” əsəri ilə müqayisə etdi.
“Suç və Cəza” əsərinin başlanğıcı bu məsələyə bənzəyir, çünki biz suçlunun kim olduğunu bilirik, növbəti sual isə, suçlunun suçunu etiraf edib-etməməsidir” – dedi Boris Conson.
Bu bəyanatı Conson dünən axşam müxtəlif ölkələrin diplomatları ilə görüş zamanı verdi.
O, Skripal məsələsində Böyük Britaniyaya həmrəy olan və rus diplomatlarını qoylayan ölkələrə təşəkkür etdi.