Boris Conson - gürcü xalqı hər gün rus təcavüzünün cəbhə xəttində yaşayır, Putinin kiber imkanlarını gücləndirmək üçün Gürcüstanın suveren institutlarından istifadə etməsinə icazə verməməliyik
Böyük Britaniyanın baş naziri Boris Consonun sözlərinə görə, Vladimer Putinə Gürcüstanın suveren institutlarından kiber imkanlarını gücləndirmək üçün istifadə etmək imkanı verilməməlidir.
Consonun Madriddə keçirilən NATO sammitində də dediyi kimi, Böyük Britaniya tərəfindən Gürcüstana ayrılmış vəsait ölkəyə kibertəhlükəsizlik sahəsində kömək edəcək.
“Gürcü xalqı hər gün rus təcavüzünün cəbhə xəttində yaşayır. Putinin kiber imkanlarını gücləndirmək üçün Gürcüstanın suveren institutlarından istifadə etməsinə icazə verməməliyik.
Böyük Britaniya kibertəhlükəsizlik üzrə dünyada öncül mövqelərdə qərarlaşır və bu gün elan edilmiş dəstək təkcə Gürcüstanı deyil, həm də Britaniyanı və Rusiyanın düşmənçiliyi təhdid edən bütün digər demokratiyaları qoruyacaq” -deyə Boris Conson NATO sammitində bildirib.
Məlumat üçün bildirək ki, Britaniya Gürcüstana Rusiyanın kiberhücumlarından qorunmaq üçün beş milyon funt sterlinq ayıracaq.