Boris Conson - uzun zamandır Putinə öz siyasətini aparmağa imkan verən Rusiya qazından və neftindən asılılığımızı kollektiv şəkildə dayandırmalıyıq
Boris Conson - uzun zamandır Putinə öz siyasətini aparmağa imkan verən Rusiya qazından və neftindən asılılığımızı kollektiv şəkildə dayandırmalıyıq

 

Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq genişmiqyaslı iqtisadi sanksiyalar paketi üzərində razılaşacağıq-bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson xüsusi müraciətində bildirib.

“Ukrayna onilliklər boyu azad, demokratik olan ölkədir və öz taleyini seçmək hüququ var idi. Biz və dünya Ukraynanın bu azadlıqdan məhrum edilməsinə imkan verməyəcəyik. Biz yolumuzdan dönməyəcəyik, çünki Rusiyadan gələn hədə-qorxuları uzun zamandır müşahidə edirik. Biz, Britaniya Ukraynaya kömək üçün müdafiə silahları göndərən ilk ölkə olduq. Digər müttəfiqlər də eyni şeyi etdilər. Qarşıdakı günlərdə əlimizdən gələni edə bilərik. Biz Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq genişmiqyaslı iqtisadi sanksiyalar paketini razılaşdıracağıq. Bu məqsədlə uzun zamandır Putinə öz siyasətini aparmağa imkan verən Rusiya qazından və neftindən asılılığımızı kollektiv şəkildə dayandırmalıyıq. Diplomatik, siyasi və hərbi baxımdan Putinin barbar cəhdi uğursuzluqla başa çatmalıdır. Mən Rusiya xalqına və belə bir zorakılıq dalğasına səbəb olan prezidentə, rus əsgərlərinin valideynlərinə müraciət edirəm, bu anda ukraynalılara da müraciət edirəm biz sizinləyik, sizin, ailələriniz üçün dua edirik, sizi dəstəkləyirik “_deyə Boris Conson bildirib.

Onun sözlərinə görə, Britaniya müttəfiqləri ilə birlikdə Ukraynanın suverenliyi və müstəqilliyinin bərpası üçün çalışacaq.

“Gələcək aylar qaranlıq olarsa, əminəm ki, Ukraynada yenidən işıq olacaq. Düşünmürəm ki, rus diktatoru heç vaxt bombalarla, tanklarla, raketlərlə ukraynalıların milli hisslərini, ölkələrinin azad olması inamını ram edib, boğacaq. Britaniya xalqına deyirəm , biz Putinin təhdidlərindən qorxmuruq. Ukraynanın yanında olanları nəzərdə tuturam. Ölkəmizin təhlükəsiz olması üçün hər şeyi edəcəyik. Dünya miqyasında müttəfiqlərimizi dəstəkləyirik, onlarla birlikdə Ukraynanın suverenliyi və müstəqilliyinin bərpası üçün çalışacağıq. Bu üsyankar təcavüz aktı təkcə Ukraynaya deyil, Şərqi Avropada və bütün dünyada demokratiyaya hücumdur. Bu böhran öz gələcəyini güdən azad, suveren Avropa xalqı ilə bağlıdır və Britaniya həmişə bunu müdafiə edəcək” -deyə Boris Conson bildirib.