Boris Conson - Ukraynanın qələbəsindən sonra biz Gürcüstanda və bütün Avropada Rusiyanın davamlı təcavüzü təhlükəsini aradan qaldıracağıq
Böyük Britaniyanın sabiq baş naziri Ukraynanın qələbəsindən sonra Rusiyanın təcavüzünün davam etməsi təhlükəsinin Gürcüstanda və bütün Avropada aradan qalxacağını bildirir. Bu barədə Boris Conson ABŞ-ın Atlantika Şurasında çıxışı zamanı açıqlayıb.
“Ukrayna qalib gələndə, Putin geri çəkiləndə biz Rusiyanın Gürcüstanda, Moldovada, Baltikyanı ölkələrdə və bütün Şərqi Avropada davam edən təcavüzü təhlükəsini aradan qaldıracağıq. Ukrayna qalib gələndə biz Avropanın təhlükəsizlik arxitekturasına aydınlıq və sabitlik gətirəcəyik, Putini fəlakətli səhvə yol verməyə sövq edən ölümcül qeyri-müəyyənliyi aradan qaldıracağıq”- deyə Boris Conson açıqlayıb.
O bildirib ki, əgər Qərb Kiyevə kömək etməzsə, o zaman Putin yuxarıda qeyd olunan bütün ölkələr və regionlar üçün təhlükə olaraq qalacaq.