Boris Conson İrakli Ğaribaşviliyə - Uordrop Strateji Dialoq formatının, eləcə də əməkdaşlığımızın yeni sazişinin rəmzinə çevrilmiş münasibətlərin genişlənməsindən dolayı şadam
Boris Conson İrakli Ğaribaşviliyə - Uordrop Strateji Dialoq formatının, eləcə də əməkdaşlığımızın yeni sazişinin rəmzinə çevrilmiş münasibətlərin genişlənməsindən dolayı şadam

 

Cənab Baş nazir! Aprelin 27-də Böyük Britaniya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpasının 30 illiyi tamam olur. Fürsətdən istifadə edərək, Birləşmiş Krallığın ölkələrimiz arasında mövcud olan əlaqələrə verdiyi əhəmiyyəti bir daha təsdiqləmək istərdim-bu barədə Birləşmiş Krallığın baş naziri, Boris Consonun Gürcüstanın baş naziri tərəfindən qəbul edilmiş rəsmi məktubunda deyilir. Məlumatı Gürcüstanın Hökumət Administrasiyasının Mətbuat Xidməti yayır.

Boris Consonun sözlərinə görə, son 30 il ərzində Birləşmiş Krallıq və Gürcüstan mühüm tərəfdaşlığı inkişaf etdirmək üçün birgə işləyirlər.

“Müstəqilliyin bərpası günündən Gürcüstanda şahidi olduğumuz tərəqqi diqqətəlayiqdir. Son 30 il ərzində Birləşmiş Krallıq və Gürcüstan siyasi, ticarət-iqtisadi, təhlükəsizlik, müdafiə, təhsil və mədəniyyət sahələri də daxil olmaqla, geniş spektrdə mühüm tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün birgə işləyirlər. Uordrop Strateji Dialoqun illik formatı, eləcə də yeni ikitərəfli tərəfdaşlıq və əməkdaşlıq müqaviləmizlə simvollaşdırılan münasibətlərin necə genişləndiyinə və çiçəkləndiyinə sevinirəm. Həmçinin regional və qlobal məsələlər, o cümlədən ətraf mühit və iqlim dəyişikliyi üzrə əməkdaşlığımızı yüksək qiymətləndiririk.

Təxribat olmadan, Vladimir Putinin Ukraynaya əvvəlcədən düşünülmüş vəhşi hücumunun Gürcüstanın uzun illər cəsarətlə üzləşdiyi problemləri daha da gərginləşdirdiyi faktını yaxşı başa düşürəm. Birləşmiş Krallıq və beynəlxalq ictimaiyyət dünya xalqlarının azadlığı, demokratiyası və suverenliyi naminə bu açıq təcavüzün qarşısında dayanır. Həmçinin, sizi əmin etmək istərdim ki, Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və gürcü xalqının Avro-Atlantik seçiminin keşiyində möhkəm dayanırıq.Növbəti illərdə tərəfdaşlığımızın davamlı inkişafını səbirsizliklə gözləyirəm”-deyə Birləşmiş Krallığın baş naziri qeyd edir.