Boris Conson - 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada nə baş verdiyini görsək də, Rusiyanın aqressiyasından dərs almadıq
2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada nə baş verdiyini görsək də, Rusiyanın aqressiyasından dərs almadıq-bu barədə
Böyük Britaniyanın baş naziri Boris Conson “New York Times”-da dərc olunan müəllif məqaləsində yazır.
” Rusiyanın aqressiyasından dərs almamışıq. Uzun müddət boyunca ikinci yanağımızı ovuşdurduq. Heç kim deyə bilməz ki, xəbərdarlıq edilməyib. 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada nə baş verdiyini gördük, Solsber küçələrində isə Polşalı və Estoniyalı həmkarlarımdan onların nə qədər ciddi təhlükə hiss etdiklərini bilirəm” -deyə Boris Conson yazır.
Consonun sözlərinə görə, indi Qərbin Rusiyanın güc tətbiq edərək bu qaydaları yenidən yazmaq cəhdlərindən dünya nizamını fəal şəkildə müdafiə etməsinin vaxtı gəlib çatıb.
” Avropada effektiv təmkinliliyi bərpa etməliyik, burada NATO-nun uğurları və ABŞ-ın təhlükəsizlik zəmanətləri uzun müddət boyunca özünə inam yaradırdı. Avropada baş verənlər bütün dünyaya təsir edəcək”-deyə Conson yazır.
Böyük Britaniyanın baş nazirinin sözlərinə görə, Ukraynaya kömək üçün beynəlxalq humanitar koalisiya yaratmaq zəruridir. O, bu məqsədlə Polşa, Slovakiya, Macarıstan və Çexiya liderləri ilə danışıqlar aparacağını bildirib.
Həmçinin, Conson bildirib ki, Ukraynanın müdafiə qabiliyyətini və Putin rejiminə iqtisadi təzyiqi artırmaq üçün daha çox səy göstərilməlidir.
Bununla yanaşı, Britaniyanın baş naziri yazır ki, Qərb Rusiya ilə münasibətlərdə “sürünən yaxşılaşmadan” çəkinməlidir.
“2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi və 2014-cü ildə Krımın ilhaqı dərsi bizə öyrədir ki, Rusiyanın təcavüzünü qəbul etmək daha çox aqressiyaya gətirib çıxarır. Biz, Kremlin müstəqil ölkənin böyük bir hissəsini alt-üst etməsinə , insanlara böyük əzablar verməsinə və sonra normal vəziyyətə qayıtmasına icazə verməyəcəyik”-deyə Conson yazır.
Böyük Britaniyanın baş nazirinin sözlərinə görə, Ukraynanın maksimum iştirakı ilə həmçinin diplomatiyanı gücləndirmək lazımdır. O, Avro-Atlantik təhlükəsizliyin gücləndirilməsinin vacib olduğunu da qeyd edir.
” Bu NATO-nun şərq cinahının gücləndirilməsi, eləcə də Rusiyanın potensial təcavüz riski altında olan NATO üzvü olmayan ölkələrə dəstəyi əhatə edir. Bu ölkələr Moldova, Gürcüstan və Qərbi Balkan ölkələridir”-deyə Boris Conson məqalədə yazır.