Bordoda hüquq-mühafizə orqanlarının səfərbərliyi fonunda, hakimiyyət aksiya iştirakçılarına şənbə günü planlaşdırılan yürüşü keçirməyə icazə verib

17:23, 30.10.2026

Fransanın Bordo şəhərində hüquq-mühafizə orqanlarının səfərbərliyi fonunda, hakimiyyət aksiya iştirakçılarına şənbə günü planlaşdırılan yürüşü keçirməyə icazə verib.

Ötən həftə Bordoda nümayişlər məhdudlaşdırılıb, lakin Həmkarlar İttifaqları Birliyi hakimiyyətə təhlükəsizlik “zəmanətləri” verib.

Prefekturada bildirirlər ki, “çətin” bir gün və “zorakı hərəkətlər” gözləyirlər.

Fransanın cənub-qərb bölgəsində müdafiə və təhlükəsizlik məsələləri üzrə prefekt nümayəndəsi Mark Zaruati mətbuat konfransında bildirib ki, marşrut və həmkarlar ittifaqlarının götürdüyü öhdəliklər ötən həftə ilə müqayisədə daha güclü zəmanətlər verir.

“Biz Həmkarlar ittifaqları ilə görüşdük və onların təhlükəsizliyi bərpa etmək üçün hər şeyi edəcəklərini bilirik”, – Zaruati qeyd edib.

Oxşar