Bölücü xəttə yaxın kəndlərdə yaşayan əhalini qış dövründə istiliklə təmin etmək məqsədilə maddi yardım göstəriləcək və tələbələrin 2023-2024-cü tədris ili üçün maliyyələşdirilməsi davam etdiriləcək
Bölücü xəttə yaxın kəndlərdə yaşayan əhalini qış dövründə istiliklə təmin etmək məqsədilə maddi yardım göstəriləcək və tələbələrin 2023-2024-cü tədris ili üçün maliyyələşdirilməsi davam etdiriləcək

 
Bölücü xəttə yaxın kəndlərdə yaşayan əhalini qış dövründə istiliklə təmin etmək məqsədilə maddi yardım göstəriləcək və tələbələrin 2023-2024-cü tədris ili üçün maliyyələşdirilməsi davam etdiriləcək. Məlumatı Dövlət Naziri Aparatı yayır.

“Bölücü xəttə yaxın kəndlərdə münaqişədən zərər çəkmiş əhalinin ehtiyaclarının qarşılanması üzrə Müvəqqəti Hökumət Komissiyasının 27-ci iclasında münaqişədən zərər çəkmiş və bölücü xəttə yaxın ərazilərdə yaşayan əhalinin qış dövründə istilliklə təmin edilməsi məqsədilə, maddi yardım göstərilməsi və 2023-2024-cü tədris ili üçün tələbələrin maliyyələşdirilməsinin davam etdirilməsi barədə qərar qəbul edilib.

2013-cü ildən Regional İnkişaf və İnfrastruktur Nazirinin rəhbərliyi və Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin həmsədrliyi ilə idarələrarası hökumət komissiyası çərçivəsində bölücü xəttə yaxın kəndlərdə münaqişədən zərər çəkmiş əhaliyə dəstək məqsədilə sosial, səhiyyə, təhsil, kənd təsərrüfatı və s. dövlət proqramlarının həyata keçirilməsi davam edir”-deyə Dövlət Naziri Aparatının məlumatında qeyd olunub.