Bolnisinin Muşevani kəndində keçirilən aksiyada səs-küy müşahidə olunur
Bolnisinin Muşevani kəndində keçirilən aksiyada səs-küy müşahidə olunur

 

Bolnisi Munisipalitetinin Muşevani kəndində səs-küy və qarşıdurma müşahidə olunur. Yerli sakinlər bir-biri ilə mübahisə ediblər. Kəndin bir hissəsi “RMG Gold” şirkətinin kəndin yaxınlığında işlər aparmasının tərəfdarıdır, digər hissəsi isə buna qarşı çıxır və etiraz petisiyası yaymağı planlaşdırır.

Əhalinin bir hissəsi “RMG Gold”un kənddən dörd kilometr aralıda işlər görməyə hazırlaşdığını və bunun da onlar üçün təhlükə daşımadığını bildirir. Bunun müqabilində şirkət onlara su, təbii qaz və yol vəd edir. Əhalinin digər hissəsi isə kəndin yaxınlığında, 800 metr aralıda “RMG Gold” tərəfindən faydalı qazıntıların açıq üsulla çıxarılmasının planlaşdırıldığını və bunun ekologiyaya təhlükə yaradacağını söyləyir. Onlar bu işlərin görülməsinə icazə verməyəcəklərini bildirirlər.

Kəndin mərkəzində keçirilən aksiyada hələ də səs-küy müşahidə olunur. Polis hadisə yerinə səfərbər olunub.