Bolnisidə yüksək texnologiyalı, çoxsahəli, 111 çarpayılıq xəstəxananın açılışı edilib.
Səhiyyə naziri Mixeil Sarcveladze Bolnisinin Mərkəzi Klinikasının açılışında iştirak edib. Mixeil Sarcveladze klinikaya baxış keçirib və müəssisənin pasiyentlərə təklif edəcəyi xidmətlərlə tanış olub. Nazir diqqəti tibbi xidmətlərin coğrafi əlçatanlığına yönəldib və qeyd edib ki, dövlət bütün ölkə miqyasında pasiyentlər üçün yüksək keyfiyyətli tibbi xidmətin təmin edilməsi üçün özəl sektorla sıx əməkdaşlığı davam etdirəcək.
Bolnisinin Mərkəzi Klinikası tam təmir olunub və yenilənib, yeni avadanlıq və inventarla təchiz edilib. Klinikada böyüklər və uşaqlar üçün təxirəsalınmaz yardım “Emergency” fəaliyyət göstərir – üçüncü səviyyə, böyüklər və uşaqlar üçün: cərrahiyyə, terapiya, reanimasiya, intensiv terapiya, otorinolarinqologiya, böyüklər nevrologiyası, kardiologiya, neyrocərrahiyyə, ginekologiya, intervensional kardiologiya, travmatologiya, oftalmologiya, rentqenologiya və kompüter tomoqrafiyası. Həmçinin – stasionar dializ.
Məlumatı Səhiyyə Nazirliyinin Mətbuat Xidməti yayır.