Bolnisi munisipalitetinin Talaver kəndində qətlə yetirilən qadını Bakıya uğratdılar
Bolnisi munisipalitetinin Talaver kəndində həyat yoldaşı tərəfindən qətlə yetirilən 25 yaşlı qadını Bakıya uğratdılar.
Qonşuların dediyinə görə, ər-arvad son üç ay ərzində Bakıda yaşayırdı və Gürcüstana dünən gecə qayıtdı.
Qonşular deyirlər ki, ailənin altı ay bundan əvvəl də problemləri var idi və evdən tez-tez dava-dalaş səsi gəlirdi.
Onların azyaşlı uşağı var. Qətl dünən baş verdi. Yayılan məlumata görə, kişi polisə özü təhvil verildi və yaxalanıb.