Bolnisi Munisipalitetində “işgüzar həyət” təşkil olunub
Bolnisi Munisipalitetində “işgüzar həyət” təşkil olunub

 

Milli Meşə Agentliyinin rəhbəri Kaxa Tsertsvadze Bolnisi Munisipalitetində “işgüzar həyət”də aparılan işlərlə yerindəcə tanış olub.

Meşə islahatı çərçivəsində Milli Meşə Agentliyi taxta-şalban hazırlanması, çeşidlənməsi və yığılmasını “işgüzar həyət”lərdə təşkil edir.

“Əhalinin öz səyləri ilə odun istehsalını nəzərdə tutan sosial kəsimlər mərhələli şəkildə ləğv edilir. Milli Meşə Agentliyi yeni xidmətlərin tətbiqi üzərində aktiv şəkildə işləyir. Ölkə miqyasında meşə ilə bağlı bütün məlumatların və xidmətlərin çatdırılmasının sadələşdirilməsini təmin edən 39 “işgüzar həyət” fəaliyyət göstərir. Əhaliyə qızınmaq üçün odunları rahat şəkildə almaq, arzu olunarsa, nəqliyyat xidmətindən də istifadə etmək imkanı verilir”-deyə Kaxa Tsertsvadze açıqlayıb.

Milli Meşə Agentliyi 2023-cü ilin sonuna qədər əlavə 17 “işgüzar həyət” təşkil etməyi planlaşdırır.

Məlumatı Milli Meşə Agentliyi yayır.