Bolnisi İctimai Sağlamlıq Mərkəzi bazasında mobil peyvənd briqadaları yaradıldı
Bolnisi İctimai Sağlamlıq Mərkəzi bazasında mobil peyvənd briqadaları yaradıldı

Üç briqada tələbə müvafiq olaraq munisipalitet miqyası ilə kənddə yaşayan vətəndaşlara koronavirusa qarşı vaksinlə peyvənd edəcək.

Briqada immunizasiya prosesini Talaveri kəndindən başladı. Burada  İctimai Sağlamlıq Mərkəzinin mütəxəssisləri kəndin ambulatoriyasında vətəndaşlara “sinovak” vaksini ilə birinci dozasını vurdular.

Briqadalar immunizasiya və ilkin tibbi yardım üçün lazım olan bütün alətlərlə təchiz olunublar.

Xatırladaq ki, Bolnisi munisipalitetində fayzer, sinofarm və sinovak vaksinin alınması Bolnisi Mərkəzi Klinikasında mümkündür.

Gələn həftədən peyvənd məntəqələri Daba Kazreti və Kveşi kəndində də artırılacaq.