Boliviyada müxalifətçi senator Janin Anyes müvəqqəti olaraq, Boliviya prezidentinin səlahiyyətlərini üzərinə götürdü.
Ölkənin qüvvədə olan prezidenti Evo Moralesin, ona qarşı keçirilən etiraz aksiyaları nəticəsində Meksikaya getməsindən sonra, Janin Anyes özünü ölkənin müvəqqəti prezidenti adlandırdı.
Yeni seçkilər keçirilənə qədər Janin Anyes prezident səlahiyyətlərini icra edəcək.
Növbədənkənar seçkilər Boliviyada 90 gündən sonra keçiriləcək.
Boliviyanın sabiq prezidenti isə, noyabrın 12-də Meksikaya getdi və orada siyasi sığınacaq aldı.
Janin Anyesin prezident səlahiyyətlərini üstlənməsini isə, Evo Morales tənqid etdi.